Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayı faiz qərarı ilə bağlı araşdırmalara başlanılıb.
Banco.az xəbər verir ki, FED-in dekabr ayı üzrə faiz qərarı dollar, qızıl, birja və kriptovalyuta investorları tərəfindən maraqla gözlənilir. İqtisadçılar noyabr ayında faiz dərəcəsini sabit saxlayan FED-in dekabrda hansı yolu izləyəcəyini dəyərləndirirlər.
Bəs FED-in dekabr ayı üzrə faiz qərarı nə vaxt açıqlanacaq?
Belə ki, ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayı üzrə faiz qərarı iclasının təqvimi açıqlanıb.
Buna görə 12-13 dekabr tarixlərində FED-in faiz qərarı ilə bağlı iclas keçiriləcək və kritik faiz qərarı dekabrın 13-ü axşam saat 22:00-da açıqlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!