Qlobal bazarların səbirsizliklə gözlədiyi kritik qərar açıqlandı.
ABŞ Mərkəzi Bankı (Fed) uçot dərəcəsini gözənildiyi kimi 0,25 faiz bəndi artıraraq 2% - 2,25% aralığına qaldırıb.
Beləliklə, Fed 2018-ci ildə 3 dəfə faiz artırdı. Fed 2017-ci ildə üç dəfə faiz artırmışdı.
Federal Açıq Bazar Komitəsinin (FOMC) Sentyabr toplantısında faizin artırılacağı gözlənilirdi. Əvvəlki (25 bənd) faiz artımı İyun ayı toplantısında həyata keçirilmişdi.
İnvestorların diqqəti Fed-in 2018-ci ilə 4-cü dəfə faiz artırıb-artırmayacağın üzərindədir. Fed-in Dekabrda da faiz artıra biləcəyi ehtimal olunur.
Fed sədri Cerom Pauell Bakı vaxtı ilə saat 22:30-da başlamış mətbuat konfransında açıqlamalar verib, jurnalistlərin suallarını cavablandırır
Fed-in faiz qərarından sonra Dollar cüzi bahalaşıb.Bakı vaxtı ilə saat 22:44-də Avro/dollar məzənəsi 1.1732 səviyyəsinə düşüb. Dollar Avro qarşısında 0,25% dəyər qazanıb.
Bazarlar Fed-in faiz artıracağını gözləyirdi və bu ehtimal indiyədək məzənnələrdə əks olunmuşdu.
Fed rəsmiləri faizin 2018-də cəmi 4, 2019-cu ildə isə 3 dəfə artırılacağını təxmin edir.
Marja.az