Oxford İnternet İnstitutunun analizi Facebook üçün çox maraqlı bir statistika ortaya çıxardı. Həyatını itirən Facebook istifadəçilərinin sayı, önümüzdəki 50 il içində yaşayan Facebook istifadəçilərinin sayını keçəcək.
Oxford Universiteti araşdırmaçıları tərəfindən universitet daxilində qurulan İnternet İnstitutu, gələcəkdəki dijital əhali ilə bağlı diqqət çəkən araşdırmalar edir. Son iş Facebook istifadəçiləri üzərində aparılmışdır. Araşdırmanın məqsədi, həyatını itirənlərə aid rəqəmsal profillərin yaşamağa davam etdiyinə diqqət çəkməkdən ibarət idi. Belə ki, gələcəkdə bu problemin ciddi bir müzakirə mövzusu olacağı danışılır.
2018-ci ildəki ən dəqiq və aktual istifadəçi və əhali məlumatlarına əsaslanan araşdırma, bu anda aktiv vəziyyətdə olan 1,4 milyard Facebook istifadəçisinin 2100-dən əvvəl öləcəyini nəzərdə tutur. Ayrıca 2070-ci ilə qədər həyatını itirən Facebook istifadəçilərinin sayı, həyatda olan istifadəçilərin sayını da geridə buraxacaq.
Facebook bu ankı yavaş böyümə sürəti ilə yoluna davam edərsə, 2100-dən əvvəl 4,9 milyard həyatını itirən adama aid profili saxlayacaq. Alimlərin fikrincə, ölənlərin məlumatları gələcək tarixçilər üçün böyük bir mənbə ola bilər. Həmçinin söz mövzusu olan məlumatlar, özü etik baxımdan ciddi müzakirələri də gündəmə gətirəcək.
Araşdırmanın müəlliflərindən olan David Watson, "Tarixdə daha əvvəl heç bu qədər geniş bir mədəniyyət arxivi və insan davranışlarına bağlı ətraflı məlumatlar bir arada tapılmayıb. Bu arxivi yoxlamaq bizim vəzifəmizdir. Bu səbəbdən tarixi əhəmiyyətə malik olan məlumatlara çıxış yalnız bir firma ilə məhdudlaşmayacaqdır. Gələcək nəsillər, keçmişlərini rəqəmsal məlumatlara baxaraq anlayacaqlar" dedi.
Pərvanə Aslanova, Banco.az