2004-cü ildə fəaliyyətə başlayan və virtual ünsiyyət imkanları haqda təsəvvürümüzdə sıçrayışa səbəb olan Facebook daha çox insan reallığına inteqrasiya edir. Facebook-un hər gün sürətlə artan populyarlığı şəbəkə istifadəçilərinin sayının 100 milyonlarla ölçülməsinə gətirib çıxarmışdır.
Əsas faktlar:
- Facebook-da 1 milyarddan çox insan qeydiyyatdan keçib.
- Bütün istifadəçilərin orta hesabla 50%-i sayta hər gün daxil olur.
- Hazırda şəbəkə istifadəçiləri arasında ən sürətlə artan yaş qrupu 35-dən başlayır və yaşlı nəslin nümayəndələri gənclərə qoşulur.
- Hər gün 35 milyondan çox istifadəçi statusunu yeniləyir (Nə haqda düşünürsən?).
- Şəbəkə istifadəçiləri hər ay 2,5 milyard fotoşəkil və 14 milyon videoçarx yükləyir.
- İstifadəçilər “Paylaş” düyməsinin köməyilə həftə ərzində bir-birilə 3,5 milyarddan çox kontent (istinadlar, şəkillər, videolar, qeydlər və s.) bölüşürlər.
- Facebook-da hər ay 3,5 milyondan çox tədbir təşkil olunur.
- Saytda 1,6 milyondan çox aktiv səhifə mövcuddur.
Maraqlı faktlar:
- 70%-dən çox istifadəçi saytın bu və ya digər proqramından istifadə edir.
- 65 milyondan çox istifadəçi Facebook-dan mobil telefon vasitəsilə istifadə edir. Üstəlik, onlar şəbəkənin kompüter istifadəçilərindən 50% daha aktivdirlər.
- ABŞ psixoloqları yeni “Facebook-asılılıq” (FAD) adlı diaqnoz haqqında məlumat veriblər.
- Facebook-un yaradıcısı Mark Zukerberq dünyanın ən gənc milyarderi hesab olunur.
- 2009-cu ilin sentyabrında Mark Zukerberq ilk dəfə “Facebook”un xərclədiyindən daha çox pul qazandığını elan edib.
- Floridada məhkəmə etikasının Məsləhətçi komitəsi bu ştatın hakimləri və vəkillərinə Facebook-da dost olmağı qadağan edib.
- Suriya, Çin və İran Facebook-dan istifadəni qadağan edən ölkələrdir.
- Bu yaxınlarda Amerikanın ən iri kolleclərində aparılan sorğular aşkar edib ki, qəbul komissiyasının 10%-i abituriyentlərin qiymətləndirilməsi üçün Facebook-da onların profillərinə baxırlar.
- Rusiyanın investisiya şirkəti olan “Digital Sky Technologies” Facebook-a 200 milyon dollar həcmində sərmayə qoyub. Ötən il “Goldman Sachs” və “DST” bankları birləşərək sosial şəbəkənin inkişafına daha 500 milyon dollar sərmayə yatırıblar.
- Facebook-a sərmayə qoyan ilk insanlardan biri PayPal-un yaradıcısı Piter Til olmuşdur. O, 2004-cü ilin iyun ayında Facebook layihəsinə 500 000 dollar pul ayırmışdır.
- Kanadada IBM-in 20 yaşlı əməkdaşı sığorta şirkətindən xəstəliyinə görə maddi yardım ala bilməmişdi. Çünki şirkət onun xəstəlik məzuniyyətində olduğu dövrdə Facebook səhifəsində yerləşdirdiyi pozitiv şəklinə rast gəlmişdi. Həmin əməkdaşın xəstəliyi isə depressiya idi.
- Avstraliyada ittihamçını məhkəmə bildirişi haqqında xəbərdar etmək üçün Facebook-dan istifadə protokulu fəaliyyət göstərir. İstifadəçinin səhifəsində yerləşdirilmiş “məhkəməyə çağırış vərəqəsi” hüquqi cəhətdən məcburi hesab olunur.
- “Facebook” üçün proqramların hazırlanmasında 800 000 layihəçi iştirak edir.