Möhtəşəm “İllik 20% ilə Asan kredit” kampaniyasından faydalanmaq istəyənlərə şad xəbər. Hər zaman müştərilərini düşünən Expressbank bu şənbə xidmətinizdə olacaq.
Bankın 3 filialı şənbə günü səhər saat 10:00-dan 15:00-dək müştərilərə xidmət göstərəcək.
Belə ki, Exspressbank-ın Nəsimi, Əhmədli və Sumqayıt filiallarına yaxınlaşaraq müştərilər kampaniyadan faydalanmaq imkanı əldə edəcəklər.
Kampaniya çərçivəsində müştərilər, bankın filialına və ya rəsmi saytına müraciət edərək sərfəli şərtlərlə 15000 manatadək “Asan kredit”i illik cəmi 20%-lə əldə etmək fürsəti qazanacaqlar.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, altısı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 70-dən artıq bankomat, 3500 POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə (www.facebook.com/Expressbank) daxil ola bilərsiniz.