Tamara Mustafayeva, Banco.az
Ethereum rekord həddə bahalaşaraq 3 min dolları üstələyib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, ikinci ən dəyərli kriptovalyuta hesab edilən Ethereum axırıncı 10 gün ərzində 30%-dən çox bahalaşmaqla 3 min dollar səviyyəsini keçərkən Bitkoinin bazar dominantlığı 46% səviyyəsinə geriləyib.
Qeyd edək ki, 2021-ci ilə 729 dollar səviyyələrində başlayan Ethereum ilin əvvəlindən bəri 312% bahalaşmaqla dəyərini 4 dəfə artırıb. Həftənin ilk iş günü səhər saatlarında isə 3 min 54 dollar səviyyəsində icra edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!