“Reddit”-in qurucu ortağı Aleksis Ohanian verdiyi açıqlamada Ethereum-un dəyərinin ilin sonunadək 15 min dollara yüksələcəyinə inandığını qeyd edib.
“Initialized Capital” şirkətində fəaliyyət göstərən Ohanian “ilin sonuna qədər Bitcoin 20 min, Ethereum isə 15 min dollar olacaq. Erhereum yüksələcək, çünki ona tələbat çoxdur”, – deyə bildirib.
Onun proqnozu reallaşarsa, Bitcoin öz rekordunu təkrarlayaraq bazar dəyərini 340 milyard dollara yüksəldə bilər. Ethereum-un bazar dəyəri isə 67 milyard dollardan təxminən 2,5 trilyon dollara qədər artar.
“Initialized Capital”-ın idarəçiliyində 250 milyon dollardan çox aktiv var və şirkət “Coinbase” birjasına sərmayə qoymaqla tanınır. Ohanian bu investisiyanın şirkət üçün prioritet olduğunu söyləyir:
“Ötən il süni intellekt və texnologiya iliydi. Bu il isə Blockchain ilidir. 1-2 il ərzində Blockchain ilə bağlı həyati əhəmiyyət daşıyan əsas infrastrukturu quracağıq”.
Mütəxəssis “Reddit”-i 2006-cı ildə “Conde Nast” nəşriyyatına təxminən 10-20 milyon dollara satıb.
Əlavə olaraq, müstəqil maliyyə konsaltinq şirkəti “DeVere Group”-un icraçı direktoru Nigel Qrin Ethereum-un qiymətinin ilin sonunadək 2500 dollara çatacağını bildirmişdi. O, sözügedən kriptovalyutaya böyük ehtiyac olduğuna görə dəyərini 4 dəfə artıracağını qeyd etmişdi.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.