Müəllif: Tamara Mustafayeva, Banco.az
Ethereum 33 milyard dollar kilidini açmaq üçün proqram təminatı yeniləməsinə hazırlaşır.
Banco.az xəbər verir ki, bazar dəyərinə görə bitkoindən sonra ikinci yerdə olan ethereum-da ediləcək proqram yeniləməsi ilə investorlar blokçeyndə kilidlədikləri 33,7 milyard dollarlıq ethereum-u toplanan gəlirlərlə birlikdə geri çəkə biləcəklər.
Ethereum-a sərmayə qoyan investorlar bu həftə planlaşdırılan “Shapella” adlı proqram yeniləməsi ilə cüzdanlarında depozit olaraq saxladıqları və son üç il ərzində şəbəkədə kilidlədikləri 33,7 milyard dollarlıq kriptovalyutanı geri ala biləcəklər.
Sözügedən yeniləmədən sonra 2020-ci ildən müqabilində qoyulan ethereum artıq blokçeynində kilidlənməyəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!