Ən ucuz kreditləri hansı banklar verir? | Banco.az

Ən ucuz kreditləri hansı banklar verir?

Banco.az olaraq ölkəmizdə istehlak krediti təklif edən banklar və onların şərtlərini araşdırmışdıq. Bu dəfə isə minimum faizlə kredit təklif edən bankları, onun şərtlərini müəəyən eydik. Qeyd edək ki, bu kreditlər istehlak kreditləri qrupuna aiddir.

Aşağıda göstərilən siyahıda ən aşağı faizlə kredit verən banklar və onların digər şərtləri yer almışdır:

Həmçinin bax: 

Banklar maksimum nə qədər kredit verir?

İstehlak krediti verən banklar.

Bank

Faiz

Məbləğ(AZN)

Müddət (Ay)

Bank Silk Way1

16-18%

500-30.000

24 ay

Azər Türk Bank2

24-26%

500-10.000

12-24

Bank of Baku3

Min. 26%

300-5.000 (maks.)

6-12

AFB Bank

Min. 26%

500-10.000

12

Kapital Bank4

26,84%

300-20.000

3-40

Rabitəbank

27%

300-1.000

12

Bank Avrasiya

27%

300-10.000

12

Beynəlxalq Bank5

Min. 27%

300-15.000

24

Dəmirbank

Min. 27%

300-10.000

36

Yapı Kredi Bank Azərbaycan

28%

300-10.000

3-36

Expressbank

Min. 28%

300-5.000

12-36

AccessBank

29%

500-10.000 

6-24

Turanbank

29%

5.000 (maks.)

18

Ən sərfəli kredit üçün müraciət et

  1. Bank Silk Way-dən kredit almaq üçün ya bankın, ya da AZAL-ın əməkdaşı olmaq lazımdır.
  2. Kreditgötürən əmək haqqını Azər Türk Bank-dan almalıdır.
  3. Bank of Baku-dan kredit almaq üçün iş yeriniz Bank of Baku-nun partnyorlarından biri olmalıdır. İş yerinizin Bank of Baku-nun partnyoru olub olmamasını öyrənmək üçün bankla əlaqə saxlamalısınız.
  4. Kredit Kapital Bank-dan maaş və pensiya kartı olan şəxslərə verilir. Son iş yerində staj minimum 3 ay olmalıdır. Təqaüdçülər üçün isə belə bir tələb yoxdur. Xüsusi hallarda zamin tələb edilə bilər.
  5.  Beynəlxalq Bank - dan  əmək haqqı və ya pensiya kartı olmalıdır.

Ümumilikdə kredit üçün bütün banklar tərəfindən iş yerindən arayış və ya gəlirləri təsdiq edən sənəd və şəxsiyyət vəsiqəsi tələb olunur. Bəzi hallarda isə zamin tələbi ola bilər. Kredit üçün faiz dərəcələri sizin iş yerinizdən və kredit tarixçənizdən asılı olaraq dəyişə bilər.

Qeyd edək ki, məlumatlar banklarla əlaqə saxlanılaraq toplanmışdır.