Ən çox "McDonald's" restoranı hansı ölkədədir? | Banco.az

Ən çox "McDonald's" restoranı hansı ölkədədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

1940-cı ildə ABŞ-də yaradılan "McDonald's" 36.000-dən çox satış nöqtəsi ilə dünyanın ən böyük fəst fud restoranlar şəbəkəsidir. Şirkət Makdonald qardaşları tərəfindən təsis edilib. 

Bu məqalədə ən çox "McDonald's" restoranlarının olduğu ölkələrin siyahısını təqdim edəcəyik.

"World of Statistics"in məlumatına görə, ən çox "McDonald's" restoranı ABŞ-dadır. Bu ölkədəki restoranların sayı isə 13 515-dir.

Ən çox "McDonald's" restoranı olan 15 ölkə aşağıdakılardır:

  1. ABŞ: 13 515
  2. Çin: 3 500
  3. Yaponiya: 2 900
  4. Fransa: 1 500
  5. Almaniya: 1 422
  6. Kanada: 1 400
  7. Böyük Britaniya: 1 300
  8. Braziliya: 1 052
  9. Avstraliya: 1 000
  10. Filippin: 699
  11. İtaliya: 676
  12. İspaniya: 591
  13. Polşa: 532
  14. Hindistan: 480
  15. Cənubi Koreya: 447

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram