Qeydiyyata alınmış emissiya əqdlərinin həcmi bu ilin üç ayı ərzində 62,6 mln. manat təşkil etmişdir. Bu isə keçən ilin birinci rübünə nisbətən qeydiyyata alınmış emissiya əqdlərinin həcminin 85% azalmasını göstərir.
Bunu Banco Milli Depozit Mərkəzinin (MDM) rəsmi internet səhifəsinə istinadən xəbər verir. 2015-ci ilin üç ayında 41 emissiya əqdlərinin qeydiyyatı aparılmışdır ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış emissiya əqdlərinin 88% azalmasını nümayiş etdirir.
2015-ci ilin birinci rübündə qeydiyyata alınmış əqdlərin həcmi 598 mln. manat olmuşdur. Bu da 2014-cü ilin eyni dövrünə nisbətən qeydiyyata alınmış əqdlərin həcminin 297,7 mln. manat artımının göstəricisidir. Bu ilin üç ayı ərzində 1290 əqdin qeydiyyatı aparılmışdır ki, bu da keçən ilin üç ayına nisbətən 392 əqd və ya 43,6% artımı göstərir.