Azərbaycanda əhalinin banklardakı əmanətlərinin dollarlaşma səviyyəsi 2018-ci il avqustun 1-nə 62,3% təşkil edib.
Bu nisbət iyulun 1-də 62,4% olub. Başqa sözlə, iyulda əmanətlərin dollarlaşması 0,1% bəndi azalıb. Dollarlaşma səviyyəsi bu ilin əvvəlinə 66,5%, ötən il avqustun 1-nə 73,4% olub.
Məlumata görə, Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il avqustun 1-nə 8 049,5 mln. manat təşkil edib ki, bunun da 5 015,6 mln. manatı xarici valyutada yerləşdirilib.
Report.az