Ədliyyə işçilərinə istehlak kreditləri endirimlə! | Banco.az

Ədliyyə işçilərinə istehlak kreditləri endirimlə!

Expressbank-dan ədliyyə işçilərinə endirimlər var. Expressbank qarşıdan gələn 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü münasibəti ilə ədliyyə orqanlarında çalışan hər kəsi təbrik edir və onlara xüsusi endirimlərlə komissiyasız kredit məhsulları təklif edir. Belə ki, 17 - 27 noyabr tarixlərində bütün ədliyyə orqanları əməkdaşları istənilən Expressbank filialına yaxınlaşmaqla illik faiz dərəcəsinə 2% endirim ilə nağd pul krediti götürə bilərlər. Üstəlik, kreditin ayrılmasına görə nağdlaşdırma və təhlil komissiyaları da 0% təşkil edəcək. Ən əsası isə - manatla və heç bir girov tələb olunmadan!

Kampaniya çərçivəsində müştərilər 15.000 AZN – dək pul kreditindən yararlana bilərlər. Bu zaman 36 ayadək ödəniş müddətinin verilməsi müştərilərə büdcələrini daha çevik idarə etməyə, aylıq kredit ödənişin məbləğini minimuma endirməyə imkan verir.

Ən sərfəli kredit üçün müraciət et

Müştərilərin vaxtına qənaət məqsədi ilə Expressbank həmçinin kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. Expresspay ödəniş terminalları, Expresspay mobil əlavəsi və www.expressbank.az saytında Şəxsi kabinet vasitəsi ilə müştərilər 24 saat ərzində kreditlərini ödəyə və ya hesablarında digər əməliyyatlar həyata keçirə bilərlər.