E-Pul elektron ödəniş sistemi NETTY 2015 Azərbaycan Milli İnternet Mükafatının servis-saytlar nominasiyası üzrə qalibi olmuşdur.
NETTY – bütün dünyadan yüz mindən artıq İnternet istifadəçisini bir araya toplayan və hər bir ölkənin informasiya texnologiyaları sahəsində ilin əsas hadisəsi hesab olunan mükafatlandırma sistemidir.
NETTY2015 Azərbaycan cari ilin mart ayının 1-dən start götürüb, iştirakçılar 24 aprelə qədər qeydiyyatdan keçiblər. 25 aprel – 4 mat tarixlərində isə NETTY2015-in nominantları seçmək üçün Ekspert Şurasının və Virtual münsiflər heyətinin paralel səsverməsi həyata keçirilib.
Müsabiqənin əsas mükafatı NETTY heykəlciyi – xüsusi təşkil olunan mükafatlandırma mərasimində qaliblərə təqdim edilib.
Qeyd edək ki, E-Pul elektron ödəniş sistemi olub, müxtəlif qurğu və əlaqə kanalları vasitəsilə sizə ödənişlər həyata keçirməyə imkan verir. İstənilən internet istifadəçisi E-Pulda qeydiyyatdan keçərək, ani online ödəmələr həyata keçirməyə müvəffəq olur.
Proyektin əsas məqsədi - bank kartları üzrə internet ödənişləri heç bir istisnasız olaraq, bütün internet istifadəçiləri üçün asan, anlaşılan və əlçatan etməkdir.
Digər nominasiyalar üzrə qaliblərin siyahısı ilə aşağıda tanış ola bilərsiniz.