Dünyanın əsas maliyyə mərkəzləri - TOP 10 | Banco.az

Dünyanın əsas maliyyə mərkəzləri - TOP 10

Müəllif: Gülnar Əhmədli, Banco.az

Əsrlər boyu qlobal maliyyə mərkəzləri kapital bazarının fəaliyyəti üçün dayaq rolunu oynayıb. İqtisadiyyatlar inkişaf etdikcə qlobal biznes mərkəzləri də inkişaf edir.

Hər bir maliyyə mərkəzinin gücü aşağıdakı komponentlərə görə müəyyənləşdirilir: 

  • Maliyyə sektorunun inkişafı
  • Biznes mühiti
  • İnsan kapitalı
  • İnfrastruktur
  • Reputasiya

Londonun aparıcı beyin mərkəzi olan “Z/Yen”in son “Global Financial Centres Index - GFCI” hesabatına görə, 2023-cü ildə Nyu York qlobal maliyyənin episentri olaraq qalıb.

Hazırda dünyanın əsas maliyyə mərkəzləri olan şəhərlərinin ilk 10-luğu aşağıdakı kimidir:

  1. Nyu York (ABŞ)
  2. London (İngiltərə)
  3. Sinqapur (Sinqapur)
  4. Honq Konq (Honq Konq)
  5. San-Fransisko (ABŞ)
  6. Los-Anceles (ABŞ)
  7. Şanxay (Çin)
  8. Vaşinqton (ABŞ)
  9. Çikaqo (ABŞ)
  10. Cenevrə (İsveçrə)

​Qeyd edək ki, Bakı bu siyahıda 116-cı pillədə qərarlaşıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram