Hər il Britaniyanın Restaurant Magazine nəşriyyatı dünyanın ən yaxşı restoranlarının siyahısını dərc edir. Qiymətləndirmə meyarları kimi kulinar tənqidçilərin rəyləri, ən yaxşı aşpazların və qurmanların (yemək həvəskarlarının) fikirləri nəzərə alınır. 2014-cü ildə dünyanın 50 ən yaxşı restoranlarının siyahında Danimarkanın Noma restoranı başçılıq edib.
1. Restoranın adı: Noma
Yerləşdiyi məkan: Kopenhagen, Danimarka, liman ərazisinə yaxın
İnteryer (daxili tərtibat): klassik üslub, xüsusi dəbdəbədən uzaq
Baş aşpaz: Rene Redzeli. O, restoranın bütün əsas menyusunu özü müstəqil hazırlayıb.
Menyu: molekulyar mətbəx, əsa özəyini şimal delikatesləri təşkil edir. Yeməkləri qonaqların gözü qarşısında hazırlayırlar.
Öncədən rezerv etmə: adətən dünyanın ən yaxşı restoranında bütün masalar üç ay öncədən sifariş edilir. Əgər sifarişçi gəlib çıxmırsa, onun bank hesabından 100 avro çıxılır.
Çeklər üzrə orta qiymət: 300 avro.
2. Restoranın adı: El Celler de Can Roca
Yerləşdiyi məkan: Jirona, İspaniya
İnteryer: məkan güzgü və şüşə elementlərlə bəzədilib. Işıqlı cihazların bolluğu insanda yüngüllük hissi oyadır. Restoranın əhatəsində üç bağ vardır. Əsas zal üçbucaq formasında salınıb.
Təsisçilər: Roka qardaşları
Menyu: üç versiyada (dequstasiya üçün, geniş menyu və menu a la carta)
Öncədən rezerv etmə: yaxşı olar ki, masanı bir neçə ay öncədən sifariş edəsiniz.
Çeklər üzrə orta qiymət: seçilmiş menyudan asılı olur ( 115 və 300 avro arasında dəyişir)
3. Restoranın adı: Osteria Francescana
Yerləşdiyi məkan: Modena, İtaliya.müəssisənin giriş qapısı olduqca sadədir. Buranı tanımayan insan sadəcə yanından məhəl qoymadan ötüb keçmir, kulinar incəliklərə bələd olan insanlar isə əminliklə demək olar ki, 2014-cü ilin ən yaxşı restoranın menyular yazılmış lövhəsinə laqeyd qala bilməyəcək.
İnteryer:Ağ divarlar məşhurların rəsmləri ilə bəzədilib, dairəvi stolların üzərində də isə qara daşlar və zanbaq gülləri vardır
Baş aşpaz: Massimo Bottura, aşpazlar arasında keçirlərn müsabiqələrdə dəfələrlə qalib olub
Menyu: Bir çox qonaqlar aşpazların seçiminə etibar edir. Restoranın şah əsəri; buxarda hazırlanmış yumurta ilə qara kürdü, badamlı fua qra.
Öncədən rezerv etmə: bir neçə ay öncədən
Çeklər üzrə orta qiymət: 150 avro
Könül Soltanova, Banco.az