Dünyanın ən yaxşı 10 geyim markası - SİYAHI | Banco.az

Dünyanın ən yaxşı 10 geyim markası - SİYAHI

Müəllif: Gülnar Əhmədli, Banco.az

Geyim sənayesi dünya miqyasında hərəkətliliyi ilə diqqət çəkən sahələrdən biridir. Təbii sərvətlər tükəndiyi bir vaxtda sektorun ekoloji təsirləri artır və ciddi problemlər yaradır. Bu səbəblə dünyaca məşhur moda brendləri marketinq strategiyalarını dəyişdirərək davamlı moda yanaşmasının zəruriliyini vurğulayırlar. Moda dünyasının qabaqcılları olan brendlər təkcə kommersiya fəaliyyətinə deyil, həm də ekoloji və sosial məsuliyyətə önəm verirlər. 

Bu məqalədə gündən-günə inkişaf etməyə davam edən moda sənayesində ən məşhur və keyfiyyətli 10 brendi barədə məlumat verəcəyik.  

Banco.az xəbər verir ki, hazırda bir markanın əsl uğuru ekoloji və sosial davamlılıq ilə əlaqələndirilir. Bu məqalədə yer alan brendlər estetika və moda meyllərinə, eyni zamanda qlobal problemlərə də həssaslıqları ilə seçilirlər.

"Armani"

Dizayner Giorgio Armani tərəfindən yaradılan "Armani" özünəməxsus dizayn yanaşması, qeyri-adi konsepsiyaları ilə moda sənayesində önəmli yer qazanıb. Brendin keyfiyyətli olması isə hər kəsə məlumdur.

"Armani" brendi təkcə moda və dəbdəbənin aparıcı adlarından birinə çevrilməyib, həm də dünyanın ən prestijli moda şirkətlərindən birinə çevrilib.

Brendin adı altında müxtəlif bazar seqmentləri üçün xüsusi dizaynlar təklif edən bir çox alt brendlər də mövcuddur. Bu, brendi dünyanın ən nüfuzlu və lüks moda markalarından birinə çevirir.

"Chanel"

Ölkəmizdə bir çox alış-veriş mərkəzində mağazaları olan "Chanel" təməli 1909-cu ildə qoyulmuş moda brendidir. "Chanel" yüksək keyfiyyətli materiallardan istifadə edərək ən məşhur dizayn çantaları, aksesuarları, geyimləri və daha çoxunu istehsal edərək dünyanın ən prestijli brendlərindən birinə çevrilib. Brendin qurucusu Coco Chanel 20-ci əsrin qadınlarına azadlıq və stil gətirərək moda dünyasında inqilab edən bir addır.

O, "Qadınlar üçün rahatlıq lüks deyil, zərurət sayılmalıdır" fəlsəfəsi ilə maskulen üslublarını kolleksiyalarına daxil edib. Fərqi ilə seçilən Coco Chanel "Lüks rahat olmalıdır, əks halda lüks ola bilməz" prinsipi ilə markanı böyüdüb. İkonik dizaynları və ətirləri ilə moda dünyasının zirvəsinə sürətlə yüksəlib.

"Christian Dior"

"Christian Dior" gözəllik və klassikanın daşıyıcısı olan bir moda brendidir. "Christian Dior" brendi öz adını daşıyan təsisçisi ilə zamanın hüdudlarından kənara çıxan və hər dövrün yaradıcı liderləri ilə birlikdə inkişaf edən bir brend olaraq mövcud olmağa davam edir.

"Gucci"

"Gucci" İtalyan lüks moda, geyim və dəri məmulatları brendidir. Bu gün ən çox tələb olunan italyan brendləri arasındadır. Brendin əsası 1921-ci ildə Florensiyada, Toskanada Guccio Gucci tərəfindən qoyulub. "Gucci"nin qlobal miqyasda təqribən 278 rəsmi mağazası var və həmçinin məhsullarını lüks mağazalar vasitəsilə topdansatış edir.

Başlanğıcda dəri məmulatları ilə sektora addım atan marka zamanla vizyonunu genişləndirdi və kolleksiyalarına çantalar, ayaqqabılar və ikonik bəzəkli məhsulları əlavə edib. "Gucci" hazırda bir çox məşhurların üstünlük verdiyi və məşhur olan lüks moda markaları arasındadır.

"Dolce & Gabbana"

Domenico Dolce və Stefano Gabbana məşhur moda dizaynerləridir. 1970-ci illərdə moda dünyasında ayrı-ayrılıqda işləyən bu iki dizaynerin yolları kəsişir və unikal əməkdaşlıq ideyası yaranır. Moda duyğuları böyük harmoniyada olan bu iki şəxs "Dolce & Gabbana" brendini qurmaq və ortaq dizaynlarla dünya modasını formalaşdırmaq üçün bir araya gəldi.

Ən sərfəli kredit üçün müraciət et

"Dolce & Gabbana" brendi Siciliya qadınlarından ilhamlanıb. Bu marka güclü, özünə güvənən qadınlarla eyniləşir. Siciliyalı qadınların zərif və xarakterik üslubu brendin əsas ilham mənbəyi olmuşdur.

"Dolce & Gabbana"nın simvoluna çevrilən şərflər Siciliya qadınlarının önəmli aksesuarları kimi kolleksiyalarda və podiumlarda vacib yer tutur.

"Hermes"

"Hermes" modaya yön verən markalardan biridir. Fransız mənşəli lüks məhsul istehsalçısı olaraq da adlandırılır. Müxtəlif qiymətləndirmə və sıralama nəticələrinə görə, dünyanın ən dəyərli lüks brendlərindən biri kimi tanınır.

Zəngin irs, mükəmməl sənətkarlıq, hər bir məhsulun istehsal prosesindəki yüksək keyfiyyət və peşəkarlıq "Hermes"in dünyadakı gərgin rəqabət şəraitində seçilməsinə şərait yaradıb.

"Louis Vuitton"

"Louis Vuitton" prestijli marka olmaqla yanaşı, həmçinin LVMH şirkətinin bir hissəsidir. Brend dəri məmulatları, çantalar, ayaqqabılar, saatlar, zinət əşyaları və aksesuarlar kimi geniş çeşiddə məhsullar təklif edir.

"H&M"

Ən çox sevilən və seçilən brendlər arasında olan "H&M" təkcə qadınlara deyil, kişilərə, gənclərə və uşaqlara da xitab edir. Brend 1947-ci ildə yaradılıb. Brendin məqsədi ucuz dizaynlarla keyfiyyətli və ekoloji cəhətdən təmiz moda alternativləri təqdim etməkdir.

"H&M" kolleksiyaları hər mövsüm və fərqli hallar üçün fərqli məzmun təklif edir. Brendin kolleksiyaları ziyafət geyimlərindən tutmuş funksional idman geyimlərinə qədərdir.

"Prada"

"Prada" moda dünyasının ən tanınan brendlərindən biri kimi tarixə düşüb. İlk "Prada" mağazası 1913-cü ildə İtaliyanın Milan şəhərində açılıb. Brend Mario Prada və qardaşı Martinonun dəri məmulatları dizayn edərək ilk mağazalarını qurmağa qərar verməsi nəticəsində yaradılıb. Bu mağaza əvvəlcə yalnız çantalar və səyahət aksesuarları satırdı. Zamanla brend məhsul çeşidini artıraraq vizyonunu genişləndirib.  

"Zara"

"Zara" "Inditex" qrupuna bağlı İspan geyim və aksesuar markasıdır. Markanın sektorda diqqət çəkən xüsusiyyəti, ən son dəb tendensiyalarını daim təqib edərək, yüksək keyfiyyətli məhsulları sərfəli qiymətlərlə təqdim etməsidir.

"Zara"nın uğurunun sirri onun bu balansı əldə etmək və hər müştəriyə xidmət edə bilmə bacarığıdır. Markanın sürətli istehsal və paylama sistemi onu sənayenin aparıcı brendlərindən birinə çevirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram