Müəllif: Gülnar Əhmədli, Banco.az
Bütün dünyada memarlar rekordlar yaradacaq və öz məkanlarını dünyanın ən hündür binası edəcək infrastruktur möcüzələrini dizayn etmək üçün davamlı olaraq rəqabət aparırlar. Bu məqalədə müasir dizaynı olan, texnologiyanın və müasirliyin təkamülünü təmsil edən, eyni zamanda dünyanın ən hündür tikililəri siyahısında olan həmin binalardan 10-u barədə qısa məlumat verəcəyik.
Qeyd edək ki, siyahıya yalnız tam tikilmiş binalar daxildir.
1. Bürc Xəlifə
Yerləşdiyi yer: Dubay, Birləşmiş Ərəb Əmirlikləri
Hündürlük: 828 metr
Mərtəbələr: 163 (+1 yerin altında)
Tamamlanma tarixi: 2010
Hazırda bu tikili dünyanın ən hündür binasıdır.
2. Şanxay Qülləsi
Yerləşdiyi yer: Şanxay, Çin
Hündürlük: 632 metr
Mərtəbə: 128 (+5 yerin altında)
Tamamlanma tarixi: 2015
Göydələnin tikintisinə 1997-ci ildə başlansa da, maliyyə problemlərinə görə bir neçə dəfə dayandırılıb. İstifadəyə yararlı mərtəbələrin hündürlüyünə görə Şanxay Qülləsi Bürc Xəlifədən daha hündürdür.
3. Abraj Əl-Beyt
Yerləşdiyi yer: Məkkə, Səudiyyə Ərəbistanı
Hündürlük: 601 metr
Mərtəbə: 120 (+3 yerin altında)
Tamamlanma tarixi: 2012
4. Ping An Beynəlxalq Maliyyə Mərkəzi
Yerləşdiyi yer: Şençjen, Çin
Hündürlük: 599 metr
Mərtəbə: 115 (+5 yerin altında)
Tamamlanma tarixi: 2017
Dünyanın dördüncü ən hündür binası paslanmayan poladdan və şüşədən ibarət fasada malikdir.
5. Lotte World Qülləsi
Yerləşdiyi yer: Seul, Cənubi Koreya
Hündürlük: 554 metr
Mərtəbə: 123 (+6 yerin altında)
Tamamlanma tarixi: 2017
6. Nyu York Beynəlxalq Ticarət Mərkəzi
Yerləşdiyi yer: Nyu York, Amerika Birləşmiş Ştatları
Hündürlük: 541 metr
Mərtəbə: 94 (+ 5 yer altında)
Tamamlanma tarixi: 2014
7. Quançjou Maliyyə Mərkəzi
Yerləşdiyi yer: Quançjou, Çin
Hündürlük: 530 metr
Mərtəbələr: 111 (+5 yerin altında)
Tamamlanma tarixi: 2016
Quançjou Maliyyə Mərkəzini daha davamlı və ətraf mühitə uyğun etmək üçün dizaynerlər fasadı şüşə ilə düzəldiblər.
8. Tyantszin Maliyyə Mərkəzi
Yerləşdiyi yer: Tyantszin, Çin
Hündürlük: 530 metr
Mərtəbə: 97 (+4 yerin altında)
Tamamlanma tarixi: 2019
9. CITIC qülləsi
Yerləşdiyi yer: Pekin, Çin
Hündürlük: 527 metr
Mərtəbə: 109 (+8 yerin altında)
Tamamlanma tarixi: 2018
10. Taypey 101
Yerləşdiyi yer: Taypey, Tayvan
Hündürlük: 508 metr
Mərtəbələr: 101 (+5 yerin altında)
Tamamlanma tarixi: 2004
Dünyanın ən hündür binalarından biri olan tikilinin adı təkcə mərtəbələrin sayını ifadə etmir, həm də simvolik məna daşıyır. Binanın adı yeni əsrin gəlişi (100+1) şərəfinə belə adlandırılıb.
Bizi sosial şəbəkələrdən izləyin!!