Avstraliyada istehsal edilmiş dünyanın ən böyük qızıl pulu Honq-Konqda nümayiş etdirilir.
2012-ci ildə hazırlanmış pul, Çinin Hang Seng Banknın baş ofisinin binasında ziyarətçilərə təqdim olunur. İlk dəfə Avstraliya xaricində nümayiş etdirilən dünyanın ən böyük qızıl pulu 1021 kiloqram ağırlığındadır.
99.99% əyar qızıldan istehsal edilmiş pulun qalınlığı 11.9, diametri isə 78.7 sm-dir. Pulun bir üzündə Kraliça II Elizabeth-in portreti, digərində isə tullanan kenquru fiquru var. Qızıl pulun dəyəri isə 39 milyon dollardır. 1 tonluq pul, qızılın qiymətindəki azalma səbəbilə istehsal edildiyi vaxtdan bu günə qədər 17 milyon dollardan çox dəyər itirib.