Beynəlxalq həmkarlar ittifaqları konfederasiyasının yeni hesabatı 139 ölkədə işçilərin hüquqlarına aydınlıq gətirib. Araşdırma əsnasında işçilərin hüquqlarının 97 müxtəlif göstəricisi qiymətləndirilib. Buraya həmkarlar ittifaqına daxil ola bilmək, hüquqların müdafiəsi və hüquqi prosedurların əlçatan olması, zorakılığın olmaması daxildir. Alimlərdən ibarət qrup ölkələri 1 baldan 5 bala qədər qiymətləndirib. Müdafiənin ən yaxşı olduğu ölkələr 1, ən pis olduğu ölkələr isə 5 bala layiq görülüb.
Həmçinin oxu: Əməkdaşlarına ən çox qayğı göstərən şirkətlər
Tədqiqat göstərib ki, ən az 35 ölkədə işçilər, demək olar ki, iş əvəzinə türməyə yollanırlar. Çünki onlar heç bir demokratik haqlarına əməl olunmasını tələb edə bilməzlər, layiqli əmək haqqı, təhlükəsiz əmək şəraiti və təhlükəsiz iş yerinə iddia edə bilməzlər. Hətta 9 ölkədə əməkdaşların öldürülməsi və itkin düşməsi halları da mövcuddur.
Ən yüksək qiymətə layiq görülən yeganə ölkə Danimarkadır. Bu isə o deməkdir ki, adıçəkilən ölkə işçilərin bütün hüquqlarına riayət edir.
Həmçinin oxu: Bu əlamətlər işinizi dəyişməyin vaxtı çatdığına işarədir
Ən təəccüblüsü isə odur ki, ABŞ qiymətləndirmədə 4 bal alıb. Buna səbəb “sistematik pozuntular” və “işçilərin kollektiv səsinin boğulmasına ciddi cəhdlərdir”.
Beynəlxalq həmkarlar ittifaqları konfederasiyasının baş katibi Şaron Barrou öz hesabatında yazır: “Danimarka və Uruqvay kimi ölkələr əmək qanunvericiliyinə əməl edir. Heyrət doğursa da Yunanıstan, ABŞ, Honkonq onlardan əhəmiyyətli dərəcədə geridə qalır. Ölkənin inkişaf səviyyəsi işçilərin əmək hüquqlarına riayət olunmasını, yəni kollektiv danışıqlar aparmaq, əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı mübarizə və ya həmkarlar ittifaqına daxil olmaq hüquqlarına nə dərəcədə əməl olunmasını göstərmir.
“5+” qiyməti də mövcuddur. Bu bal aktiv hərbi konfliktlərin işçilərin istənilən hüququnun müdafiəsini qeyri-mümkün etdiyini göstərir. Suriya və Sudan belə ölkələrə misal ola bilər.
Nigar Umaxanlı, Finco.az