Gördüyünüz işi sevmək xoşbəxtliyin yarısıdır. Dünyada bir çox peşələr mövcuddur və insanlar özlərinə peşə seçərkən həmin sahənin perspektivini və ya ona verəcəyi zövqü düşünərək öz qərarını verir. Müəllimlik də belə sənətlərdən biri hesab oluna bilər. Bu günki məqalədə müəllimlərə ən çox maaş verən ölkələr haqda məlumat verəcəyik.
Lüksenburq
Bu ölkə öz müəllimlərini yetərincə dəyərləndirir və Lüksenburqda müəllimlər aylıq 10.000 evro maaş alırlar. Bu ölkədə müəllimlər ən elit təbəqə hesab olunur. Bundan əlavə burda siniflərdə təlim və tədrisə çox böyük önəm verildiyi üçün hər sinifdə 15-dən artıq şagird tapmaq olmur. Bu həm şagirdlər, həm də müəllimləri düşünülərək atılmış addım kimi qiymtləndirilir.
Almaniya
Almaniya dürüstlüyü bütün dünyada məşhurdur. Bunu bəzi hallarda məktəbdəki təlim və tədrislə əlaqələndirmək olar. Almaniyada da müəllimlik peşəsi ən hörmət və rəğbət görən sahələrdəndir. Burda müəllimlər 6000 evro maaş alırlar. Təsadüfi deyil ki, Angela Merkelə niyə digər peşələrin deyil, məhz müəllimlərin yüksək maaş aldığı sualı verildikdə, o, öz cavabında “Həmin sahə sahiblərini də yetişdirən müəllimlər olduğundan ən yüksək maaşa layiq olan da onlardı” cavabını vermişdi. Bundan əlavə onu da vurğulayaq ki, Almaniyada şagirdlərə çox tapşırıq verilmir və belə hesab olunur ki, onlar öz həyatlarında əyləncəyə də mütləq vaxt ayırmalıdırlar.
Kanada kimi inkişaf etmiş ölkədə müəllimlər 5500 evro maaş alır.
Həmçinin maraqlıdır: Orta əmək haqqı və onun hesablanması qaydası - NÜMUNƏLƏRLƏ
Yaponiyada müəllimlər 5250 evro maaş alır. Onların dərs yükü həftədə maksimum 54 saat təşkil edir. Burda müəllimlər yalnız dərs deməməli, həmçinin şagirdlərə Yapon adət-ənənələrini də aşılamalıdırlar.
Dünyada ən inkişaf etmiş təhsilə malik Finlandiyada isə müəllimlər 3900 evro maaş alırlar. Bu ölkədə müəllimlər hər hansı quruma tabe olmadan öz tədris rejimini özləri idarə edirlər. Bu baxımdan onlar ən yaxşı şəkildə öz şagirdlərinə faydalı olmağa çalışırlar. Finlandiyada müəllimlərin iş saatı həftədə 32 saatdan çox deyil. Bu baxımdan həm müəllimləri, həm də şagirdləri şanslı hesab etmək olar, çünki Finlandiya təhsil sistemində məcburiyyət anlayışı yoxdur.
Fransada müəllimlərin maaşı 2200 evro təşkil edir. Burda tədris xüsusi qurum tərəfindən idarə olunur. Bundan əlavə ölkədə müəllimlər orta sinif hesab olunur. Əgər müəllim Fransada 6 il çalışsa, onda 12 aylıq məzuniyyət götürmək hüququna sahibdir. Burda müəllimlər 12 səviyyə ilə xarakterizə olunurlar.
Keniyada müəllimlər digərləri ilə müqayisədə daha şanslı hesab oluna bilər. Burda müəllimlərin orta aylıq əmək haqqı 450 evro təşkil edir. Buna baxmayaraq, ölkədə müəllim çatışmamazlılığı mövcuddur.
Qonşu ölkə Rusiyada bu rəqəm 195-960 evro arasında dəyişir. Bu rəqəm müəllimin dərs saatına və s. görə dəyişir.
Müəllimlik müqəddəs peşədir. Ümid edirik, ölkəmizdə də müəllimlər digər ölkələrdəki kimi lazımi əmək haqqı ilə təmin olunacaqlar.
Nəcibə Yusifova, Banco.az