Müəllif: Gülnar Əhmədli, Banco.az
Dünya Bankı Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu açıqlayıb. Qurumun hesabatında bu il ölkədə ümumi daxili məhsulun (ÜDM) 2,4% artacağını proqnozlaşdırır.
Banco.az xəbər verir ki, bu, Dünya Bankının açıqladığı “Global Economic Prospects” adlı hesabatında qeyd edilir.
Məlumata görə, gələn il Azərbaycanda real ÜDM-in 2,5% artacağı gözlənilir.
Bank, həmçinin 2023-cü ildə ölkə iqtisadiyyatının 1,5% artdığını qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!