Dubayda yeni superkar təqdim olundu – FOTO | Banco.az

Dubayda yeni superkar təqdim olundu – FOTO

Dubayda avtomobil şousunda Yaponiyanın “Aspark” şirkəti yeni “Owl” modelini təqdim edib.

Bu hazırda dünyada ən sürətli və güclü idman elektromobilidir.

“Owl” - “bayquş” kimi tərcümə olunur. O, 2012 at gücünə malik mühərriklə təçhiz olunub. Bu mühərrik 100 km/s sürətini 1,9 saniyəyə yığmağa imkan yaradır. Superkarın maksimal sürəti isə 400 km/s-dır.   

Ən sərfəli kredit üçün müraciət et

69 kilovatlıq akumulyator doldurulmasız 450 kilometr məsafəni qət etmək imkanı verir.

“Bayquş” tamamilə yüngül karbonlu plastikdən hazırlanıb. Buna baxmayaraq, mühərrikin və akumulyatorun hesabına maşının ümumi çəkisi 1900 kiloqrama çatır.

“Aspark” şirkəti 50 ədəd “Owl” buraxmaq niyyətindədir. “Bayquş”un hər birisi 3 milyon avroya (5,6 milyon manat) satılacaq.

oxu.az

Ən sərfəli krediti almaq üçün müraciət et