Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən il may ayının 1-i tarixinə Azərbaycan banklarının dövlət xətti ilə verdiyi ipoteka kreditlərinin orta aylıq ödənişi 441.6 manat təşkil edib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir.
Hesabata görə, bu, 1 ay əvvəllə müqayisədə 2.8 manat, 2023-ci ilin eyni dövrü ilə müqayisədə isə 22.6 manat çoxdur. Aprel ayına verilmiş ipoteka kreditləri üzrə orta faiz dərəcəsi isə 6,34% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!