Dövlət Sosial Müdafiə Fondu proqram təminatı təqdim edib | Banco.az

Dövlət Sosial Müdafiə Fondu proqram təminatı təqdim edib

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) əhaliyə göstərilən elektron xidmətlərin siyahısını genişləndirməkdə davam edir. Bu barədə fondun Maliyyə-büdcə şöbəsinin sektor rəisi Rüfət Oruclu çərşənbə axşamı elektron hesabatlılıq xidmətinin təqdimatı zamanı bildirib.

Oruclu qeyd edib: "Bu xidmətin mahiyyəti ondan ibarətdir ki, icbari dövlət sosial sığortasının ödəyiciləri, işəgötürənlər bütün lazım olan hesabat paketinin doldurulması üçün xüsusi proqram təminatından faydalana bilərlər".

Onun sözlərinə görə, lazımi proqram təminatını (PT) DSMF-nin rəsmi sspf.gov.az. saytından yükləmək mümkündür: "Bu proqramlar işəgötürənlərə icbari dövlət sosial sığortası üzrə hesabatları (В1 və В2), onlar tərəfindən sığortalanmış şəxslər haqqında informasiyanı (В3) elektron formada doldurmaq və DSMF-yə göndərməkdə kömək edəcək. Bundan başqa, sığortanın bu növü üzrə rüblük (illik) hesabatların doldurulması və təqdim edilməsi, eləcə də kənd təsərürfatı üçün yararlı olan torpaqların sahibləri üçün PT təqdim edilib. Bundan başqa, yüklənən paketə lazımlı yaddaş və istifadə qaydaları da daxil edilib".

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, hazırda DSMF 11 mindən artıq iri və orta sığortaçıdan tam elektron şəkildə belə hesabatlar alır: "Bakıda hesabatılığın elektron forması tamamilə təmin olunub. Eyni zamanda, qeyri-avtomatlaşdırılmış şəkildə mühasibat aparan xırda sahibkarlar, torpaq sahibləri, eləcə də fərdi sahibkarlar elektron hesabatlılığa keçid üçün xüsusi olaraq hazırlanmış "yardım masaları"ndan istifadə edə bilərlər. Bu masalar DSMF-nin bütün yerli şöbələrində təşkil olunub. Onların köməyi ilə vətəndaşlar hesabatları DSMF-yə elektron formada təqdim edə biləcəklər".

Mənbə: Trend.az