Beynəlxalq valyuta birjalarında dollar bahalaşmaqda davam edir və bu gün açıqlanacaq önəmli göstəricilərdən sonra volatillik daha da arta bilər.
Foreks bazarlarında dollara tələb artır
Dünyada siyasi və iqtisadi risklərin artdığı bir vaxtda aparıcı valyutalar arasında dollara olan tələb daha çox artıb. Nəticədə EUR/USD məzənnəsi 1.12, GBP/USD məzənnəsi isə 1.28$-ın altında ticarət edilməkdədir və dollar 0.3%-ə kimi də bahalaşa bilər.
ABŞ-ın təkrar daşınmaz əmlak bazarında satışlar diqqət mərkəzində
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 18:00-da Amerikanın təkrar mənzil bazarında satış dövriyyəsi ilə bağlı açıqlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
marja