"Deutsche Bank" dörd ildən sonra zərər açıqlayıb | Banco.az

"Deutsche Bank" dörd ildən sonra zərər açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Deutsche Bank" ilin ikinci rübündə 143 milyon avro zərər gördüyünü açıqlayıb.

Banco.az xəbər verir ki, Almaniyanın ən böyük bankı "Deutsche Bank" investor məhkəmə işləri üçün 1,3 milyard avronun verilməsindən sonra ikinci rübdə dörd illik fasilənin ardınca zərərlə üzləşdiyini açıqlayıb.

"Postbank"ın alınması ilə bağlı uzunmüddətli investor məhkəmələri üçün bankın 1,3 milyard avro (1,4 milyard dollar) məbləğində ehtiyat ayırması 15 rüblük mənfəət silsiləsini sona çatdırıb.

"Deutsche Bank" ikinci rübdə 143 milyon avro zərər açıqlasa da, analitiklər bankın sözügedən rübdəki zərərini təxminən 280 milyon avro proqnozlaşdırmışdılar. Bank ötən ilin eyni dövründə 763 milyon avro mənfəət əldə etdiyini açıqlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

"Deutsche Bank"ın baş direktoru Kristian Sevinq gəlirliliyi yaxşılaşdıracağını və bu il gəliri 30 milyard avroya çatdıracağını vəd edib, eyni zamanda ödənişlərdən əldə edilən gəlirin kreditlərdən əldə edilən zəif gəliri kompensasiya edəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram