Banco.az-ın Mərkəzi Banka istinadən verdiyi xəbərə görə məcmu bank depozitlərinin həcmi 2016-cı ilin 1 iyununda 23 148,1 mln. manat təşkil edib. Bu göstərici may ayının 1-i ilə müqayisədə 590 mln. manat və ya 2,61% çoxdur.
Manatla depozitlərin həcmi 4 450,8 mln. manat təşkil etmişdir ki, bunun 2 241,8 mln. manatı tələbolunanadək depozitlər, 2 209 mln. manatı isə müddətli depozitlərdir. Xarici valyutada depozitlərin həcmi isə 18 697,2 mln. manat qeydə alınmışdır və bunun da 5 512,9 mln. manatı tələbolunanadək depozitlər, 13 184,3 mln. manatı isə müddətli depozitlərdir.