İcbari Sığorta Bürosunun iştirakçıları olan sığorta şirkətləri tərəfindən 2013-cü il ərzində icbari sığorta növləri üzrə ümumilikdə 1 milyondan çox sığorta müqaviləsi bağlanıb.
Xəbərə görə, müqavilələrin 911 973 ədədi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 111 808 ədədi daşınmaz əmlakın icbari sığortası, 5 048 ədədi daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, 275 ədədi sərnişinlərin icbari fərdi qəza sığortası üzrə həyata keçirilib.
Ümumilikdə 2013-cü il ərzində bu sığorta növləri üzrə daxil olan sığorta haqlarının məbləği 82,6 milyon manatdan çox olub.
Sığorta haqlarının 69 376 501 manatı avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 12 852 252 manatı daşınmaz əmlakın icbari sığortası, 378 674 manatı daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, 83 840 manatı sərnişinlərin icbari fərdi qəza sığortası üzrə yığılıb.
Gün.az