Daha bir bank yeni maliyyə göstəricilərini açıqladı | Banco.az

Daha bir bank yeni maliyyə göstəricilərini açıqladı

“Naxçıvanbank” ASC 2019-cu ilin 1-ci rübünü 1 milyon 117 min manat xalis mənfəətlə başa vurub. Halbuki, Bank  2018-ci ilin 1-ci rübünü 853 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Naxçıvanbank”ın xalis mənfəəti 31% artıb.

Bankın rüblük maliyyə göstəricilərinə istinadən xəbər verilir ki, 2019-cu ilin Yanvar-Mart dövründə “Naxçıvanbank”ın cəmi gəlirləri 2 milyon 219 min manat, cəmi xərcləri 1 milyon 58 min manat təşkil edib. Gəlirləri xərcləri üstələdiyindən Bankın 1 milyon 143 min manat əməliyyat mənfəəti yaranıb. Bank əməliyat mənfəətinin cəmi 25 min manatını ehtiyatlara ayırıb.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin yanvar-mart dövründə Bankın cəmi gəlirləri 2 milyon 61 min manat, əməliyyat mənfəəti 1 milyon 201 min manat təşkil etmişdi. Əməliyyat mənfəətinin 348.62 min manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırılmışdı.

2018-ci ilin ilk rübündə "NaxçıvanBank"ın faiz gəlirləri 1 milyon 398 min manat ikən, 2019-cu ilin ilk rübündə 1 milyon 511 min manat təşkil edib. Qeyri-faiz gəlirləri isə 663 min mantdan 708 min manata qalxıb. Müqayisə olunan dövrüdə Bankın cəmi gəlirləri 158 min manat artıb.

marja