CV-yazmaq mövzusunda ödənişsiz təlim | Banco.az

CV-yazmaq mövzusunda ödənişsiz təlim

CV-ni necə tərtib etməli? Sizin CV-ni digər müraciətçilərin CV-dən necə fərqləndirməli? Ciddi rəqabət mühitində CV-də hansı məqamları önə çəkməli?İşəgötürəni maraqlandıra biləcək CV-ni necə hazırlamalı? Resume.ləri necə tərtib etməli? İş vakansiya müsahibələrində nəyə diqqət yetirməli?

Bu sualla yəqin ki, çoxlarınızı düşündürür. İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) elan etdiyi “Təcrübə proqramına” daxil olan 400-dən artıq müraciətçinin CV və Məqsəd məktublarının analizi göstərir ki, bir çox müraciət edənlər CV-lərin tərtib olunmasında problemlər yaşayırlar.

CESD hər bir müraciətçinin səylərini dəyərləndirir və minnətdarlıq əlaməti olaraq, CV/Resume yazmaqla bağlı ödənişsiz təlim elan edir. Təlim 3 sentyabr, 2015, 16.00 tarixində CESD-nin ofisində təşkil ediləcək (Dilarə Əliyeva 115, Bakı, 1009) İnanırıq ki, təlim zamanı öyrənəcəyiniz bilgilər Sizə CV-ləri düzgün tərtib edərək, növbəti proqramlara müraciət zamanı uğur qazanmaqda kömək edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Təlimdə iştirak pulsuzdur. CESD iştirakçılara pulsuz çay/kofe süfrəsi təşkil edəcək.

Təlimlərdə iştirak məqsədilə CV/Resumenizi '[email protected]' ünvanına göndərməniz, e-mail başlığı kimi "CESD təlimi: Resume" yazmağınız tələb olunur.

Müraciət üçün son tarix: 31 avqust 2015-ci ildir.