İndiki zamanda heç kim CV-sinə hədəf əlavə etməyə lüzum görmür, çünki hədəf müraciət olunan işdir.
CV-niz üçün nələr lazımlıdır?
İşə qəbul üzrə mütəxəssis olan Megan Dias “Quora”da bu sualı belə cavablandırıb:
İşə qəbul üzrə mütəxəssis CV-yə göz gəzdirmək üçün 7 saniyəyə yaxın vaxt sərf edər. Məzmunun oxunaqlı olmasından əmin olmalısınız. Formatda ardıcıllıq + 1 səhifə tələbdir!
İndi nələrin əlavə edilməsinə baxaq:
Ad və Soyadınız (həmişə başda olmalıdır)
Linkedin profili (yeniləndiyindən əmin olun)
Telefon nömrəsi
E-mail (professional olmalıdır)
İş təcrübəsi (ünvan, şirkət, tarixlər, yer)
Hər işiniz üçün etməkdən zövq aldığınız və çox yaxşı bacardığınız bir bacarıq siyahısı yaradın. Sadəcə, işinizin tələbləri olduğuna görə hamısını CV-nizə daxil etmək düzgün. Həmçinin, məzmunun STAR metodu ilə təqdim edildiyindən əmin olun: vəziyyət (situation), tapşırıq (task), fəaliyyət (action), nəticələr (results)
Təhsil və sertifikatlar
Mükafatlar və könüllü işlər (1 səhifəlik CV-nizdə yer qalıbsa, daxil etməkdən çəkinməyin)
Şəxsi veb-saytlar. Mənim CV-də karyeramdakı uğurlarımı və sertifikatlarımı sıraladığım əlavə nailiyyətlər bölməsi var idi. Bunun xaricində ən yaxşı bacarıqlarınızı də əlavə edə bilərsiniz.
Əlavə edilməməsi lazım olanlar:
Məqsədi ya da hədəfi bildirən bir cümlə, bunun bir anlamı yoxdur. Müraciət etdiyiniz iş onsuz da sizin hədəfinizdir. Bunun xaricində də lazımsız yer tutacaqdır.
Köçəcəksinizsə, şəhər və post indeksini yazmayın.
Karyera dəyişikliyi olacaq bir iş üçün müraciət edirsinizsə, ənənəvi bir CV yerinə bacarıqlarınızı xüsusi ilə vurğulayan bir CV hazırlaya bilərsiniz. Belə bir CV öncə bacarıqlarınıza geniş şəkildə yer verər, daha sonra iş təcrübəsi və vəzifələrinizə növbə çatar.
İpucu: CV-nizi göndərməmişdən qabaq CV-ni PDF formatına çevirin. Çox maraqlandığınız bir işdirsə, şəxsi bir məktub yazın. İşə götürən tərəfindən istənilmədikcə, referans yazmayın.
Moneta.az