Covid-19 səyahət vərdişlərimizi necə dəyişəcək? | Banco.az

Covid-19 səyahət vərdişlərimizi necə dəyişəcək?

Dünyanı təsiri altına alan koronavirus pandemiyası təbii ki, bu və ya digər formada aradan qaldırılacaq, ancaq bunun nə zaman və necə olacağı hələ bilinmir. Lakin, dünyada özündən sonra bir iz qoyacağına da heç kəsin şübhəsi yoxdur.

Nəqliyyat və turizm sektoru pandemiyadan ən çox zərər çəkən sahələr oldu. Havaçılığın demək olar ki, qeyri-işlək vəziyyətdə olduğu bu dövrdə ölkələrin ictimai nəqliyyat sistemlərinin iş prinsipi də tamamilə dəyişdirildi.

Banco.az “Fast Company” saytına istinadən pandemiyadan sonra yarana biləcək şəraitin mənfi və müsbət iki cəhətini sizə təqdim edir.

Səyahətlər hər zamankından daha çox avtomatlaşdırılacaq

Covid-19 dünya miqyasında insanların təmasla bağlı olduqca həssaslaşmasına səbəb oldu. Hətta bəzi mütəxəssislərin fikrincə, insanlar pandemiyadan sonra gündəlik həyatlarına uyğunlaşmaqda çətinlik çəkə bilərlər.

Pandemiyadan sonrakı dövr ödəniş vasitələrindən təmas tələb edən qapı açma kimi bəsit davranışlar da daxil olmaqla bir çox sahədə təmassız texnologiyaların daha sürətlə həyatımıza inteqrasiya olmasına gətirib çıxaracaq. Təbii ki, bununla da proses və hərəkətlər əvvəlkindən daha sürətlə yerinə yetiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda hava limanları, ictimai nəqliyyat vasitələri, şəhərlərarası avobuslar kimi ağlınıza gələcək bütün nəqliyyat vasitələrinin müəyyən gigiyenik normalara uyğun sinifləndirilməsi və bu amilin bir çox qurum və şəxslər üçün prioritet təşkil etməsi də proqnozlaşdırılır.

Proseslərə daha çox nəzarət ediləcək

Səyahətdə olmaq müəyyən bir hərəkətlilik halını özündə ehtiva edir. Beləliklə, hazırda da mövcud olan müşahidə və nəzarət kameraları daha kiçik nüanslar üçün də istifadə ediləcək. Sərnişinlərin temperaturunu ölçən termal kameralar, onların müvafiq sənədlərini təmassız yoxlayan yeni texnologiyaların tətbiq ediləcəyi düşünülür.

Gələcəyin səyahət proqnozları arasında potensial xəstə olan səyahətçilərin müəyyən edilməsi və hətta müalicəsi də yer alıb. Bununla da səhiyyə ilə turizm sektorunun daha sıx əlaqədə olacağı qeyd edilir.

Həmçinin oxu: Hansı maskalar daha yaxşı qoruyur?

Tamara Mustafayeva, Banco.az