Çində zəif iqtisadiyyat səbəbindən dollar milyarderlərinin sayı üçdə bir azalıb | Banco.az

Çində zəif iqtisadiyyat səbəbindən dollar milyarderlərinin sayı üçdə bir azalıb

Müəllif:Ayşən İmanova/Banco.az

Son üç ildə Çində dollar milyarderlərinin sayı 1185-dən 753-ə düşüb.

Banco.az xəbər verir ki, bu barədə Financial Times (FT) “Hurun”un araşdırmasına istinadən məlumat yayıb.

Analitiklər hesab edirlər ki, super zəngin çinlilərin sayının belə kəskin azalmasının əsas səbəbləri sərt tənzimləmə tədbirləri, zəifləyən iqtisadiyyat və birjada depressiyadır.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilir ki, dollar milyarderləri siyahısından çıxanların çoxu əvvəllər varlı tərtibatçılar olub. Onlar Çinin bir vaxtlar sürətlə inkişaf edən əmlak bazarının çökməsindən sonra sərvətlərini itiriblər.

“Bloomberg” Milyarderlər İndeksinə (BBI) görə, bu gün Çinin ən varlı adamı Çin bazarı “Pinduoduo” və onun törəmə şirkəti “Temu”nun qurucusu Kolin Huanqdır. Onun sərvəti 44,3 milyard dollar dəyərində qiymətləndirilir. İkinci yeri 43 milyard dollarla “ByteDance” (“TikTok”a sahib olan) şirkətinin rəhbəri Çjan Yiminq tutur.