Çində inflyasiya səviyyəsi 2.5%-ə çatıb | Banco.az

Çində inflyasiya səviyyəsi 2.5%-ə çatıb

Çinin Milli Statistika Bürosundan (MSB) verilən məlumata görə, yanvar ayında ölkədə inflyasiya səviyyəsi dəyişməz qalsa da, istehsalçı qiymətləri azalmaqda davam edir. İstehsalçı qiymətlərində 1.6%-dək azalma qeydə alınıb.

Yanvar ayında illik ifadədə istehlak qiymətlərində 2.5%, malların qiymətində 2%, xidmətlərin qiymətində 3.7%, ərzaq məhsullarının qiymətində isə 2.4% artım müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Cari ildə Çində inflyasiya səviyyəsinin 3.1%-dək yüksələcəyi gözlənilir.

Banco.az/Sevinc Ibadova