Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin Mərkəzi Bankı uçot dərəcəsini dəyişməz saxlayıb.
Banco.az xəbər verir ki, Çin Xalq Bankının (PBOC) (mərkəzi bank) yaydığı bəyanata görə, dekabr ayı üzrə bir illik və beş illik kredit faizləri (LPR) 3,45 faiz və 4,2 faiz səviyyəsində saxlanılıb.
Qeyd edək ki, mərkəzi bank bir illik faiz dərəcəsini avqustda 3,55 faizdən 3,45 faizə endirdikdən sonra ardıcıl dörd ay boyunca sabit saxlayıb.
Beş illik LPR isə sonuncu dəfə iyun ayında 4,3 faizdən endirildikdən sonra ardıcıl altı ay ərzində 4,2 faiz səviyyəsində saxlanılıb.
Çinin CSI 300 indeksi əvvəlki sessiyanı stabil bağladıqdan sonra 0,1 faiz azalma ilə açılış edib.
Bizi sosial şəbəkələrdən izləyin!!