Çin idxal vergilərini azaldır | Banco.az

Çin idxal vergilərini azaldır

Çinin 1 noyabr tarixindən etibarən bəzi məhsulların idxalına tətbiq etdiyi gömrük vergisini azaldacağı qeyd edilib.

Xarici mətbuatın verdiyi məlumata əsasən, Baş Nazir Li Keqiang – ın rəhbərliyi ilə keçirilən iclasın nəticələrinə görə, Çin 1 noyabrdan etibarən ümumi tarif dərəcəsini 9.8 % - dən 7.5% - ə endirəcək.

Ən sərfəli kredit üçün müraciət et

Yeni tarifələr tekstil, tikinti materialları, kağız məhsulları və elektromexanik alətlərin idxalına tətbiq ediləcək.

Tamara Mustafayeva, Banco.az