Müəllif: Tamara Mustafayeva, Banco.az
“Airbus”: Çin dünyanın ən böyük mülki aviasiya bazarına çevriləcək.
Banco.az xəbər verir ki, Avropanın təyyarə istehsalçısı “Airbus” Çinin yaxın 20 ildə Avropa və Şimali Amerikanı geridə qoyaraq, “dünyanın ən böyük mülki aviasiya bazarı” olacağını proqnozlaşdırır.
“Xinhua” xəbər agentliyinin məlumatına görə, “Airbus China” ölkədəki kommersiya mülki aviasiya donanmasının 2042-ci ildə 10 min 930 təyyarəyə çatacağını gözləyir.
Şirkət Çinin mülki aviasiya xidmətləri bazarının bu tarixə qədər 54,1 milyard dollara çatacağını proqnozlaşdırır ki, bu da bazar payına görə ölkənin Şimali Amerika və Avropanı üstələməsi deməkdir.
Çində mülki aviasiya sektorunda çalışan pilot, texniki işçi və kabinə heyətinin sayı 2023-cü ildə 212 min nəfər olduğu halda, 2042-ci ildə bu rəqəmin 561 minə çatacağı proqnozlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!