2014-cü ildə dünya iqtisadiyyatında mühüm dəyişiklik olacaq. Bu barədə "Washington Post" qəzetində məlumat verilib.
Dünya Bankının təqdim etdiyi yeni göstəricilərə əsasən, iqtisadçılar belə bir nəticəyə gəlmişlər, 2014-cü ildə Çin öz Ümumi Daxili Məhsulunun həcminə görə ABŞ-ı ötəcək. Çinin daxili məhsulu bu il 16 trilyon 800 milyard dollar olmalıdır. ABŞ-da isə bu rəqəm 16 trilyon 100 milyard dollara çatır.
Ancaq bu, Çini ABŞ-dan varlı ölkə etməyəcək.
Adambaşına düşən daxili məhsul ABŞ-da Çindən 5 dəfə yuxarıdır. ABŞ-da adambaşına 50 min dollar daxili məhsul düşür. Çində isə bu rəqəm 10 min dollar təşkil edir.
Mənbə: anspress.com