Müəllif: Tamara Mustafayeva, Banco.az
Çin 9 avtomobil istehsalçısına avtonom sınaq icazəsi verib.
Banco.az xəbər verir ki, Çin 9 avtomobil istehsalçısına sürücüsüz avtomobilləri və avtonom idarəetmə texnologiyalarını sınaqdan keçirməyə icazə verəcəyini açıqlayıb.
Bu barədə Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin bəyanatında deyilir.
Belə ki, qabaqcıl avtonom idarəetmə texnologiyalarını real yol şəraitində sınaqdan keçirmək üçün Pekin, Şanxay və Quançjou da daxil olmaqla 7 şəhərdə pilot layihələr həyata keçiriləcək.
Dövlətə məxsus “Changan Automobile”, “GAC” və “SAIC” və “BYD” ilə “Nio” kimi özəl şirkətlər də daxil olmaqla doqquz avtomobil istehsalçısı bu layihələrdə avtonom idarəetmə texnologiyalarını sınaqdan keçirə biləcəklər. Sınaqlarda avtomobil istehsalçıları ilə yanaşı, mobil taksi şirkətləri kimi donanma müəssisələri də iştirak edəcək.
Minik avtomobillərindən avtobus və yük maşınlarına qədər müxtəlif kateqoriyalarda ağıllı nəqliyyat vasitələrinin sınaqdan keçirilməsini hədəfləyən pilot layihə mərhələsində nəqliyyat vasitələri ciddi texniki və təhlükəsizlik sınaqlarından keçiriləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!