Cənubi Koreyalı avtomobil istehsalçısı Rusiyadakı müəssisəsini satır | Banco.az

Cənubi Koreyalı avtomobil istehsalçısı Rusiyadakı müəssisəsini satır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Hyundai” şirkəti Rusiyadakı obyektini satmaq qərarına gəlib.

Banco.az xəbər verir ki, Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai”ın yaydığı bəyanatda 2022-ci ilin mart ayından Rusiyada fəaliyyətlərin dayandırıldığı xatırladılaraq ölkədəki istehsal obyektinin satışına qərar verildiyi açıqlanıb.

“Şirkət bu gün direktorlar şurasının iclasını keçirib və Rusiyadakı Hyundai Motor Production (HMMR MMC) şirkətindəki bütün səhmlərinin “Art-Finance” MMC-yə satılması planını təsdiqləyib”, deyə bəyanatda deyilir.

Həmçinin qeyd olunub ki, “Hyundai” “Art-Finance” ilə müqavilənin yekun detalları üzərində işləyir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Reuters” nəşri daha əvvəl xəbər vermişdi ki, “Hyundai” Rusiyadakı istehsal müəssisəsini ləğv etməklə itkilərini təxminən 219,2 milyon dollar azaldacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram