BVF-dən Azərbaycan üçün proqnoz | Banco.az

BVF-dən Azərbaycan üçün proqnoz

Beynəlxalq Valyuta Fondu (BVF) 2019-cu ildə Azərbaycanda ÜDM-in artımını 4,2% səviyyəsində proqnozlaşdırır. Bu barədə BVF-nin hazırladığı “World Economic Outlook” (WEO) hesabatında qeyd olunub. Hesabata əsasən, cari il Azərbaycanda inflyasiya 3,4%, 2015-ci ildə 4,5% təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bundan öncə fondun hesablamalarına görə, cari ildə Azərbaycanda inflyasiyanın 5%, 2015-ci ildə 4,6% səviyyəsində olacağı gözlənilirdi. Bununla yanaşı, BVF 2014-cü ildə Azərbaycanın tədiyyə balansının profisitini ÜDM-in 15%-i, 2015-ci ildə 9,9%-i, 2019-cu ildə 4,6%-i səviyyəsində proqnozlaşdırır.

Mənbə: Apa.az