BVF Çinin artım proqnozunu yüksəldib | Banco.az

BVF Çinin artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF Çinin artım proqnozunu yuxarıya doğru yenidən nəzərdən keçirib.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) Pekinin daha güclü siyasət dəstəyini əsas gətirərək Çinin iqtisadi artımı ilə bağlı proqnozlarını artırıb.

Belə ki, fond Çinin 2023-cü il üçün artım proqnozunu 5 faizdən 5,4 faizə yüksəldib.

BVF həmçinin Çinin gələn il üçün artım proqnozunu da 4,2 faizdən 4,6 faizə yüksəltdiyini açıqlayıb.

Bununla belə, BVF Çinin daşınmaz əmlak sektorunda zəifliyin və xarici tələbatdakı durğunluğun davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram