Fransız geyim brendi “Lacoste” ötən il Beynəlxalq Təbiəti Mühafizə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində nəsli tükənməkdə olan heyvanlara diqqət çəkmək üçün ilk dəfə loqosunda yer alan timsah təsvirini dəyişdirmişdi. Geyim firmasının sözügedən təşkilatla həyata keçirdiyi bu əməkdaşlıq üç il davam edəcək bir razılaşmanı əhatə edirdi və bu korporativ sosial məsuliyyət layihəsi də həmin razılaşmanın bir parçasıdır.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Lacoste firması davam edən bu razılaşma çərçivəsində fərqli ölkələrdə yaşayan nəsli tükənməkdə olan heyvanlara diqqət çəkmək üçün markanın rəmzinə çevrilən timsah loqosunu dəyişdirib və bunun əvəzinə nəsilləri tükənməkdə olan heyvanların təsvirlərinə yer verib.
Sözügedən KSM layihəsi nəsli tükənmək təhlükəsi altında olan 10 fərqli heyvan növünü ön plana çıxaran və məhdud sayda istehsal edilən 10 fərqli “Nəslimizi xilas edin” polo yaxalıqlı köynək dizaynını əhatə edir. Hər bir heyvan növündən hazırda neçəsi yaşayırsa, həmin növ üçün istehsal edilən köynək sayı da məhz o qədərdir. Xatırladaq ki, layihənin başladığı gündən bəri 3520 ədəd köynək istehsal edilib.
Qeyd edilinə görə, məhdud sayda istehsal edilən bu köynəklər 135 funt sterlinq (təqribən 292 AZN) qiymətinə satışa çıxarılacaq və rəsmi satışlar 22 may tarixindən başlayacaq.
Həmçinin oxu: Jean René Lacoste - Məşhur Tennisçi, İş Adamı, “Lacoste” brendinin yaradıcısı
Tamara Mustafayeva, Banco.az