Bu şirkət işçilərinə düzgün yuxu rejimi üçün pul verir | Banco.az

Bu şirkət işçilərinə düzgün yuxu rejimi üçün pul verir

İşçilərə yatmaq üçün əlavə pul ödəmək inandırıcı səslənməyə bilər, ancaq adının hərfi mənası “dəlisov” olan “Crazy” adlı şirkət məhz bunu edir.

Həmçinin oxu: “Bazar ertəsi sindromu”-na necə qalib gələk?

Tokio mərkəzli toy təşkilatçılığı ilə məşğul olan şirkət tərəfindən işçilərinə gün ərzində ən az 6 saat yatmaları şərti ilə 570 dollar dəyərində yemək kuponu verilir. Bu yemək kuponları şirkətin yeməkxanasında istifadə edilir.

Bilindiyi kimi, yuxu rejiminə düzgün əməl etməmək yuxarı təzyiqdən depressiyaya qədər bir çox sağlamlıq problemlərinə səbəb ola bilir.

Həmçinin oxu: İş yerində stresslə mübarizə aparmağın yolları

Yuxusuzluq ölümə belə səbəb ola bilər

Şirkətin CEO – su Kazuhiko Moriyama Yaponiyada yaşayan insanların yuxu rejimini tənzimləməsinin vacibliyinə inanır. Bu ölkədə insanlar işləməyə çox yüksək qiymət verdikləri üçün bu da, onların çalışdıqları şirkətə görə öz şəxsi ehtiyaclarından fədakarlıq etməsinə gətirib çıxara bilir. Bəzi hallarda həddindən artıq işləmək və yuxusuzluğun ölümə belə səbəb olduğu görülür. Bu vəziyyətin Yaponiyada xüsusi bir adı da var: karoshi

Ən sərfəli kredit üçün müraciət et

2013 – cü ildə 31 yaşındakı Miwa Sado bir ay ərzində sadəcə iki gün istirahət edərək, əlavə 159 saat işlədikdən sonra konjestif ürək çatışmazlığı səbəbilə həyatını itirdi. Yaxın zamanlarda dövlət tərəfindən yayımlanan bir məqalədə xüsusilə müəllimlərin və səhiyyə işçilərinin “karoshi” riski daşıdığı bildirildi.

“Crazy” işçilərinin isə belə bir qorxusu yoxdur. Moriyama, “İşçi haqlarını qorumalıyıq, əks təqdirdə ölkə olaraq gücsüzləşirik”, deyə qeyd edir. Yaponiyada bu yanaşma tərzi son dövrlərdə populyarlıq qazanır və insanlar sağlamlığa və rifaha daha çox əhəmiyyət verməyə başlayıblar.

Həmçinin oxu: Ən qeyri-adi işə gecikmə bəhanələri

Tamara Mustafayeva, Banco.az