Bu saytlar sizi aldadır! - Kriptovalyutası olanların nəzərinə | Banco.az

Bu saytlar sizi aldadır! - Kriptovalyutası olanların nəzərinə

Digər sahələrdə olduğu kimi kriptovalyuta sektorunda da fırıldaqçılar insanların aktivlərini ələ keçirmək üçün yeni metodlara əl atırlar. Sahib olduğunuz kriptovalyutaları mənimsəmək üçün istifadə edilən ən ümumi metodlardan biri istifadəçisi olduğunuz birja və cüzdan saytlarının oxşarını yaratmaq və istifadəçi məlumatınızı oğurlamaqdan ibarətdir.

Bu metod əsasən “Google” reklamları vasitəsilə həyata keçirilir. “Binance” birjasına nəzər salsaq, binance.com əvəzinə binancee.com kimi domen adlarından istifadə edərək istifadəçiləri aldatmağa cəhd göstərirlər.

Müzakirə edəcəyimiz mövzu tamamilə fərqlidir. Girdiyiniz saytın binance.com olduğunu, ancaq “Binance”-la heç bir əlaqəsi olmadığını düşünün. Bunun necə baş verməsi sizi düşündürəcək. Ağlınıza gələn ilk üsul saytın adının yuxarısındakı yaşıl təhlükəsizlik yazısı ola bilər. Ancaq bu həll yollarından biri deyil.

Dünən “Twitter” vasitəsilə Fatih Hamurcunun yazdığı “tweet”-lərə görə, “Binance” birjası üçün anlatdığımız saxtakarlıq üsulu tətbiq edilib. Bunun həlli kimi birjalara “Google”-da axtararaq yo, birbaşa daxil olmağınızı məsləhət görür. Sonra həmin saytı favoritlər siyahısına əlavə edərək oradan daxil ola bilərsiniz.

Bu üsulun aydın olmadığını, xüsusi simvolların latın əlifbasının hərflərinə bənzər hərflərə çevrilərək domenlərin orijinallarının sanki eynisiymiş kimi alınmasını təmin edən bir metod olduğunu deyən Hamurcu istifadəçiləri diqqətli olmağa səsləyib.

Bunlar da maraqlıdır:

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Ən sərfəli kredit üçün müraciət et

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az