Müəllif:Ayşən İmanova/Banco.az
Hindistan ABŞ-ni geridə qoyaraq dünyanın ikinci ən böyük 5G smartfon bazarına çevrilib.
Banco.az xəbər verir ki, bu barədə “Counterpoint Research”in son hesabatında deyilir.
Hesabata görə, Hindistan hazırda qlobal 5G smartfon bazarının 13%-nə sahibdir və 32%-lik paya sahib olan Çindən sonra ikinci yerdədir. ABŞ 10% bazar payı ilə üçüncü yerə düşüb.
Bildirilir ki, Hindistanın 5G smartfon bazarının böyüməsi çox güman ki, “Samsung”, “Vivo” və “Xiaomi” (XIACY) kimi markaların, xüsusən də büdcə seqmentində güclü satış göstəriciləri ilə bağlıdır.
Mütəxəssislərin fikrincə, Hindistan 5G smartfon bazarında, xüsusilə cihazların qiymətlərinin aşağı düşməsi və ölkənin daha ucqar rayonlarında beşinci nəsil şəbəkələrin əlçatanlığının genişlənməsi fonunda, öz mövqeyini möhkəmləndirməyə davam edəcək.