Bu il Azərbaycanın Türkiyəyə qeyri-neft sektoru üzrə ixracı azalıb | Banco.az

Bu il Azərbaycanın Türkiyəyə qeyri-neft sektoru üzrə ixracı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan cari ilin yanvar ayında Türkiyəyə 47 milyon 548 min dollar dəyərində qeyri-neft məhsulları ixrac edib. 

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 59,2 milyon dollar və ya 55,4% azdır. 

Ötən ilin eyni dövründə Türkiyəyə ixrac edilən qeyri-neft məhsullarının dəyəri 106,7 milyon dollar təşkil edib. 

Hesabat dövründə Türkiyə Azərbaycanın ikinci əsas qeyri-neft idxalçısı olub.

Qeyd edək ki, hazırda Azərbaycanın ən böyük qeyri-neft idxalçısı isə Rusiyadır (75,6 milyon dollar). 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram