Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyəyə neft ixracı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə artıb.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ixrac edilən neftin həcmi 1 milyon 119 min ton təşkil edib.
Bu müddət ərzində ölkədən ixrac etdiyi neftin dəyəri isə 633,2 milyon dollar olub. Bu da illik müqayisədə 1,9 dəfə və ya 302,1 milyon dollar çoxdur.
Hesabat dövründə Türkiyə Azərbaycandan ən çox neft idxal edən 6-cı ölkə olub.
Bizi sosial şəbəkələrdən izləyin!!