Bu bank gümüşün qiymət proqnozunu artırıb | Banco.az

Bu bank gümüşün qiymət proqnozunu artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“UBS” gümüşün qiyməti ilə bağlı proqnozlarını yüksəldib.

Banco.az xəbər verir ki, “UBS” strateqləri gümüşün yaxın perspektivdə qızılı üstələyəcəyini gözləyirlər.

İsveçrənin bankçılıq nəhəngi gümüşün 2024-cü ilin sonuna olan qiymət hədəfini 20 faiz artıraraq 36 dollara çatdırıb. Həmçinin orta qiymət proqnozu da 14 faiz artırılaraq 30,5 dollara yüksəldilib.

“Yeni gümüş qiymət proqnozlarımız qızıla nisbətən daha yaxşı performansı əks etdirir. Qızıl qiymətlərinin yüksəldiyi, FED-in monetar siyasəti yumşaltmasının gözlənildiyi, bazar tələb və təklif əsaslarının sərtləşdiyi mühitdə gümüşün nisbətən yaxşı nəticələr əldə edəcəyi mövqedə olduğunu düşünürük”, strateqlər bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram